Con Terri Aston Villa-dan ayrıldı


İdman 31 May 2018 11:52:00 242 0

Con Terri Aston Villa-dan ayrıldı

İngiltərə millisinin sabiq üzvü Con Terri Aston Villa-dan ayrılıb.

Goal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Xatırladaq ki, C.Terri Chelsea-dən getdikdən sonra ötən ilin yayından Aston Villa-nın şərəfini qoruyurdu. O, İngiltərə çempionşipində 2017/2018 mövsümündə 35 matçda iştirak edib.