Super Liqada yeni məşqçi


İdman 31 May 2018 11:36:00 279 0

Super Liqada yeni məşqçi

Türkiyənin Sivasspor klubunun yeni baş məşqçisi müəyyənləşib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  komandanı Tamer Tuna çalışdıracaq. 41 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.Qeyd edək ki, Tamer Tunanın son iş yeri Göztepe olub. İzmir təmsilçisi onun rəhbərliyi altında mövsümü 6-cı pillədə başa vurub.