Goranboyda müəllim şagirdinin valideynlərini məhkəməyə verib


Sosial 31 May 2018 11:26:05 135 0

Goranboyda müəllim şagirdinin valideynlərini məhkəməyə verib

O, 12000 manat təzminat tələb edir

Goranboy rayonunda müəllim şagirdinin valideynlərini məhkəməyə verib.

"Report"un Qərb bürosunun xəbərinə görə,rayonun Nizami kənd orta məktəbinin idaman müəllimi Tehran Əhməd oğlu Tağıyev həmin məktəbin 5-ci sinifşagirdinin nənəsi Tamilə Babayevanı və atası Akif Babayevi məhkəməyə verərək 12 000 manat təzminat tələb edib.

T.Babayeva "Report"un Qərb bürosuna bildirib ki, məktəbdə idman dərsi zamanı şagirdlər futbol oynayarkən qəfildən top onun nəvəsinin ayağında partlayıb: "Sonradan yeni top almaq üçün idman müəllimişagirdlərin hərəsindən 1 manat olmaqla pul yığıb. Lakin mənim nəvəmdən 10 manat gətirməyi tələb edib. Nəvəm də bu pulu verməyə atasının imkanının olmadığını deyib. Tehran müəllim isə nəvəmə yeni alınan topla oynamağı qadağan edib. Bir gün idman dərsində nəvəm öz sinif yoldaşları ilə futbol oynayan zaman müəllim görüb və topu şagirdlərdən alaraq nəvəmi sinif yoldaşlarının yanındanəlayiq sözlərlə təhqir edib. Uşaq evdə müəllimin ona dediklərini danışdıqdan sonra mən uşağın atası ilə birlikdə məktəbə getdim. Tehran müəllimə öz iradımı bildirdim. Dedim: "Utanmırsan!? Axı sən müəllimsən, sənə yaraşar 5-ci sinif şagirdini nəlayiq ifadələrlə söyəsən!?" Tehran müəllim də tez öz mobil telefonunu götürüb Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək mənim onu təhqir etdiyim barədə məlumat verdi. Məktəbin direktoru müəllimi və məni sakitləşdirib bizi məktəbdən uzağlaşdırdı.Biz də çıxıb evə qayıtdıq".

Oəlavə edib ki, baş verən hadisədən sonra nəvələrini həmin məktəbdən çıxarıb: "Mən hadisədən sonra məktəbdə oxuyan iki nəvəmi oradan çıxarıb Malaqan kənd orta məktəbinə qoydum. Aranın sakitləndiyini düşünürdük. Bir də gördük ki, Goranboy Rayon Məhkəməsindən bizə bildiriş gəlib. Məlum oldu ki, Tehran müəllim məni və oğlumu məhkəməyə verərək guya onunşəxsiyyətini alçaltdığımıza görə hərəmizdən 5000 manat mənəvi, hərəmizdən1000 manat isə maddi ziyan olmaqla ümumilikdə 12 000 manat bizəqarşı təzminat davası açıb. Əslində günahkar müəlimin özüdür, mənim nəvimi söyüb, təhqir edib, sinif yoldaşları arasında onun şəxsiyyətini alçaldıb. Sonra da bizi məhkəməyə verir.Biz bu təzminatı heç bir halda ödəyə bilmərik. Müəllim özü də bilir ki kasıb ailəyik".

Məsələ ilə bağlı "Report"un Qərb bürosunun müxbiri Tehran Tağıyevlə əlaqə saxlayıb.

T.Tağıyev baş verən hadisə ilə bağlı danışmaq istəmədiyini və hadisəni məxfi saxlamaq istədiyini bildirib:"Məhkəməyə vermişəm, ya da verməmişəm, bunun heç kiməadiyyati yoxdur. Bu mənim işimdi, özüm bilərəm. Bu iş məxfi işdir və məkəmədə baxılacaq". Bunları deyən müəllim telefonunu söndürüb.

Nizami kənd orta məktəbinin direktoru "Report"a bildirib ki, məktəbin həyətində idman müəllimi Tehran Tağıyevlə şagirdin nənəsi Tamilə Babayevanı mübahisə edən zaman görüb: "Onlar mübahisə edə-edə mənim otağıma gəldilər. Mən hər iki tərəfi sakitləşdirməyə çalışdım. Gördüm mənə qulaq asmırlar, məktəbin gözətçisini çağırıb hər iki tərəfi - Tehran müəllimi və şagirdin nənəsini məktəbin həyətindən uzağlaşdırdım".

Qeyd edək ki, iyunun 8-də Goranboy Rayon Məhkəməsində iddia üzrə ilkin baxış iclası keçiriləcək.

Yasamalda avtomobildən oğurluq edən şəxs saxlanılıb like
  • 31 May 11:26  
Digərləri Yasamalda avtomobildən oğurluq edən şəxs saxlanılıb

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində avtomo

arrow Ətraflı
Flora Kərimova "Qayınana" oldu like
  • 31 May 11:22  
Şou-biznes Flora Kərimova "Qayınana" oldu

Xalq artisti Flora Kərimova "Qayınana 2018" filminə çəkilib. 

arrow Ətraflı
Monteneqro Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətindən razıdır  FOTO like
  • 31 May 11:17  
Siyasət Monteneqro Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətindən razıdır FOTO

Monteneqro Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibini q

arrow Ətraflı
Əfqanıstanda partlayışda təhlükəsizlik qüvvələrinin 8 əməkdaşı öldu like
  • 31 May 11:16  
Dünya Əfqanıstanda partlayışda təhlükəsizlik qüvvələrinin 8 əməkdaşı öldu

Əfqanıstanın Gilmənd vilayətində güclü partlayış baş verib.

arrow Ətraflı
Azərbaycanın işğal edilmiş ərazilərində daha bir erməni əsgər öldü like
  • 31 May 11:15  
Siyasət Azərbaycanın işğal edilmiş ərazilərində daha bir erməni əsgər öldü

Azərbaycanın işğal edilmiş ərazilərində daha bir erməni hərbçi həlak

arrow Ətraflı
AÇGdən Azərbaycanın mənfəət neftinin payına düşən həcm açıqlanıb like
  • 31 May 11:14  
Digərləri AÇGdən Azərbaycanın mənfəət neftinin payına düşən həcm açıqlanıb

Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG)

arrow Ətraflı
"Kitabım müsəlman şərqi üçün nəzərdə tutulub"  Müsahibə like
  • 31 May 11:13  
Digərləri "Kitabım müsəlman şərqi üçün nəzərdə tutulub" Müsahibə

Azərbaycanın Misirdəki səfirliyinin üçüncü katibi, mətbuat və mədəni

arrow Ətraflı
Komitə: Son 20 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb like
  • 31 May 11:13  
Digərləri Komitə: Son 20 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb

Son 20 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb və əhali arası

arrow Ətraflı
Könülün səhhəti QƏFİL PİSLƏŞDİ: like
  • 31 May 11:11  
Digərləri Könülün səhhəti QƏFİL PİSLƏŞDİ:

Aparıcı-aktrisa Könül Yusif qızı əməliyyat olunub.

arrow Ətraflı
Nazirlik: Türkiyə Azərbaycanla yeni enerji layihələrini reallaşdırmağa hazırdır like
  • 31 May 11:09  
Digərləri Nazirlik: Türkiyə Azərbaycanla yeni enerji layihələrini reallaşdırmağa hazırdır

Türkiyə Azərbaycanla yeni energetika layihələrinin reallaşdırılmasında

arrow Ətraflı
Daha bir narkotacir tutuldu like
  • 31 May 11:08  
Kriminal Daha bir narkotacir tutuldu

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Son.az-a verilən məlumata

arrow Ətraflı
Güllələnmiş jurnalist danışdı: "Hər şeyi bilirdik"  VİDEO  FOTO like
  • 31 May 11:07  
Digərləri Güllələnmiş jurnalist danışdı: "Hər şeyi bilirdik" VİDEO FOTO

Ukraynanın paytaxtı Kiyevdə rusiyalı jurnalist Arkadi Babçenkoya sui-qəsdl

arrow Ətraflı