Metyu Brayza: "Cənub Qaz Dəhlizi Azərbaycanın dünya bazarındakı rəqabət gücünü artıracaq"


İqtisadiyyat 31 May 2018 11:26:17 334 0

Metyu Brayza: "Cənub Qaz Dəhlizi Azərbaycanın dünya bazarındakı rəqabət gücünü artıracaq"

"Bu, Azərbaycan və Avropa üçün böyük uğurdur"

"Cənub Qaz Dəhlizinin əsas ideyası ondan ibarətdir ki, bu layihə Azərbaycanın suverenliyini daha da gücləndirəcək və bazardakı rəqabət qabiliyyətini daha da artıracaq. Beləliklə, yavaş-yavaş "Qazprom"un Avropada adi şirkət olacağı hal yarana bilər".

Bunu "Report"a Atlantik Şuranın analitiki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizininişə salınması irəliyə doğru atılmış addımdır: "Bu, həm Azərbaycan, həm də Avropa üçün böyük uğurdur".

Ekspert SOCAR-ın dünya enerji bazarındakı fəaliyyətini yüksək qiymətləndirib. "SOCAR yalnız Cənubi Qafqazda və Türkiyədə strateji rol oynamır, o həm də addım-addım Avropada rolunu artırır. Mən bununla fəxr edirəm", - M.Brayza bildirib.