Flora Kərimova "Qayınana" oldu


Şou-biznes 31 May 2018 11:22:00 303 0

Flora Kərimova "Qayınana" oldu

Xalq artisti Flora Kərimova "Qayınana 2018" filminə çəkilib. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, film müasir qayınananın macəralarından bəhs edir. Ekran işində qayınana Canan (Flora Kərimova) oğlunu imkanlı və elit ailənin qızı ilə evləndirmək istəsə də, övladı evlərində çalışan qulluqçunun qızına aşiq olur. 

Layihənin rəhbəri və filmin baş prodüseri Hüseyn Cavadzadə, rejissoru Orxan Ağazadə, operatoru Şahmar Səfəroğlu, ssenari müəllifi Nicat Dadaşovdur.