AÇGdən Azərbaycanın mənfəət neftinin payına düşən həcm açıqlanıb


Digərləri 31 May 2018 11:14:00 261 0

AÇGdən Azərbaycanın mənfəət neftinin payına düşən həcm açıqlanıb

Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda hasilatın ümumi həcmindən 258 milyon ton neft Azərbaycanın mənfəət neftinin payına düşür.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 25-ci "Xəzər Neft və Qaz" konfransında çıxışı zamanı deyib.

X.Yusifzadə qeyd edib ki, AÇG üzrə yeni sazişin imzalanması ilə Azərbaycanın mənfəət neftinin payı artmaqda davam edəcək.