Azərbaycanın işğal edilmiş ərazilərində daha bir erməni əsgər öldü


Siyasət 31 May 2018 11:15:00 247 0

Azərbaycanın işğal edilmiş ərazilərində daha bir erməni əsgər öldü

Azərbaycanın işğal edilmiş ərazilərində daha bir erməni hərbçi həlak olub.

Son.az xəbər verir ki, bu barədə Trend Ermənistan mətbuatına istinadən məlumat verir.

1992-ci il təvəllüdlü hərbi qulluqçu Suren Ayvazyanın yol qəzası nəticəsində öldüyü bildirilir.

Hadisə ötən gün axşam saatlarında Dağlıq Qarabağda baş verib.

Ölən əsgərin şimal istiqamətində dislokasiya olunmuş hərbi hissələrdən birində xidmət etdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.