BMT-nin Əhali Fondu: Kişilərin sayının həddindən artıq çoxalması ailə qurmaq üçün partnyor tapa bilməməsinə səbəb ola bilər


Digərləri 31 May 2018 11:09:00 255 0

BMT-nin Əhali Fondu: Kişilərin sayının həddindən artıq çoxalması ailə qurmaq üçün partnyor tapa bilməməsinə səbəb ola bilər

Kişilərin sayının həddindən artıq çoxalması gələcəkdə onların ailə qurmaq üçün partnyor tapa bilməməsinə, gəlinqaçırmaya səbəb ola bilər

Bakı. İlhamə İsabalayeva - "Əksər ölkələrdə olduğu kimi Azərbaycanda da gender bərabərliyi sahəsində bir sıra problemlər qalmaqdadır. Bu gün Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulması bu baxımdan xüsusi diqqət tələb edir". Trend-in məlumatına görə, bunu BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı pilot layihənin yekun konfransında çıxışı zamanı deyib.