Daha bir narkotacir tutuldu


Kriminal 31 May 2018 11:08:00 209 0

Daha bir narkotacir tutuldu

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Son.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Əsgərbəyli kənd sakini, 32 yaşlı Əhməd Əbilov saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib. Bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu, yaşadığı evdən isə ümumi çəkisi 475 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.