Nazirlik: Türkiyə Azərbaycanla yeni enerji layihələrini reallaşdırmağa hazırdır


Digərləri 31 May 2018 11:09:26 221 0

Nazirlik: Türkiyə Azərbaycanla yeni enerji layihələrini reallaşdırmağa hazırdır

Türkiyə Azərbaycanla yeni energetika layihələrinin reallaşdırılmasında maraqlıdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən deyiblər.

Qurumdan bildiriblər ki, Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, həmçinin Transanadolu boru kəməri (TANAP) kimi bir sıra mühüm enerji layihələrini həyata keçiriblər: "Azərbaycanla birgə bütün layihələr təxirə salınmadan reallaşdırılıb".