Milli Parkda attraksionlar və gəmi gəzintisi pulsuz olacaq


Digərləri 31 May 2018 10:23:00 228 0

Milli Parkda attraksionlar və gəmi gəzintisi pulsuz olacaq

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi "Uşaq festivalı" çərçivəsində Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçiriləcək.

Son.az xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsindən Trend-ə verilən məlumata görə, aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 13:00-dək Dənizkənarı Milli Parkda əyləncə vasitələrindən istifadə edə bilərlər. Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavliyonu, "Qorxulu Ev", "Pirat", "Möcüzələr dünyası", "Qüllə" attraksionları, "Mirvari" gəzinti gəmisi azyaşlılara ödənişsız xidmət göstərəcək.