Sonuncu sınaq imtahanı keçiriləcək


Digərləri 31 May 2018 10:04:00 227 0

Sonuncu sınaq imtahanı keçiriləcək

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə iyunun 10-da sonuncu sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.

İyunun 10-da keçiriləcək sınaq imtahanına qeydiyyat 4 iyun saat 10:00-dək aparılacaq.

Sınaq imtahanının 12 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur. İmtahan keçiriləcək binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdirilir. Növbəti imtahan binası sayta əvvəlki bina tam dolduqdan sonra yerləşdirilir.