"Qalatasaray"ın qapıçısı dünya çempionatını buraxa bilər


Digərləri 31 May 2018 09:51:37 144 0

"Qalatasaray"ın qapıçısı dünya çempionatını buraxa bilər

Fernando Musleranın zədəsinin ciddilik dərəcəsində rentgen müayinəsindən sonra aydınlıq gələcək

Türkiyənin "Qalatasaray" klubunun və Uruqvay milli komandasının qapıçısı Fernando Muslera Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatından kənarda qala bilər.

"Report"un məlumatına görə, 32 yaşlı qolkiper məşqlərin birində əlindən xəsarət alıb. Onun zədəsinin ciddilik dərəcəsinə tezliklə rentgen müayinəsindən sonra aydınlıq gələcək.

Muslera yığmanın əsas qapıçısı sayılır. Ondan əlavə, millidə Martin Silva ("Vasku da Qama", Braziliya) və Martin Kampanya ("İndependyente", Argentina) da yer alıb.

Dünya çempionatında Uruqvayla birgə A qrupunda Səudiyyə Ərəbistanı, Rusiya və Misir də mübarizə aparacaq.