SAMSUNG yeni layihəsinə davam edir


Digərləri 31 May 2018 10:00:00 226 0

SAMSUNG yeni layihəsinə davam edir

Azərbaycanda və dünyada beynəlxalq iqtisadiyyatın ən ciddi fiqurlarından biri kimi tanınan, elektronika satışı üzrə lider olan Samsung şirkəti yeni layihəsini davam etdirir.  

Layihənin əsas məqsədi ölkəsini dünyada tanıdan, vətənini beynəlxalq aləmdə layiqincə təmsil edən insanları, öz sahəsində görkəmli nailiyyətləri olan şəxsləri ən yaxşı "Samsung" məhsulları ilə dəyərləndirməkdir. Bu dəfə Samsung şirkəti dünya şahmatının tanınmış siması, gənclər arasında ikiqat dünya, Azərbaycan milli komandasının heyətində üçqat Avropa çempionu, Vüqar Həşimov Memorialının ikiqat qalibi, Avropa Çempionlar Kubokunun sahibi, FİDE reytinqində üçüncü pillədə qərarlaşan şahmatçımız Şəhriyar Məmmədyarova Samsung Galaxy S9+ mobil telefonunu təqdim edib.

Şəhriyar Məmmədyarov bu layihəyə görə Samsung-a təşəkkür etdi: 

"Mən çox şadam ki, Samsung məhz şəxsi keyfiyyətləri və nailiyyətləri dəyərləndirir. Bu mənim üçün çox vacib amildir".


Xəbərə aid foto