Azərbaycana külli miqdarda zərgərlik məmulatının qanunsuz yolla gətirilməsinin qarşısı alınıb (FOTO)


Digərləri 31 May 2018 09:44:00 244 0

Azərbaycana külli miqdarda zərgərlik məmulatının qanunsuz yolla gətirilməsinin qarşısı alınıb (FOTO)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Bakı. Samir Əli - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. DGK-dan Trend-ə verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Öncə həmin şəxs üzərində 1 ədəd sırğa-üzük-kulon dəsti, 2 ədəd boyunbağı, 3 ədəd üzük, 2 ədəd qolbaq olduğunu bildirib və gömrük nəzarətinə bundan başqa bəyan olunası əşyanın olmadığını söyləyib.