Səudiyyə Ərəbistanında iki nəfər polislərə atəş açıb


Dünya 31 May 2018 08:30:00 295 0

Səudiyyə Ərəbistanında iki nəfər polislərə atəş açıb

Səudiyyə Ərəbistanının Et-Taifa şəhərinin mərkəzində iki naməlum şəxs yol polisinə hücum edib.

Son.az Trend-ə istinadən bildirir ki, yol polisi əməkdaşı həlak olub. Hücum edən şəxslər hadisə yerindən qaçıb.

Məlumata əsasən, daha sonra polislər hücum edən şəxsləri aşkarlayıb. Onlar polislərə silahlı müqavimət göstərib. Onlardan biri polislərdən tərəfindən güllələnib və yaralı ələ keçirilib. Degər cinayətkar isə yenidən qaçıb.