Ən möhkəm korpuslu smartfon məlum olub


Digərləri 31 May 2018 08:05:00 247 0

Ən möhkəm korpuslu smartfon məlum olub

"Tom's Guide" portalının versiyasına görə, "Motorola Moto Z2 Force" ən möhkəm korpusa malik smartfon seçilib.

Son.az ICTnews-a istinadən bildirir ki, ekspertlər tərəfindən aparıcı istehsalçıların qurğuları davamlılığa görə sınaqdan keçirilib: smartfonlar 2 metr hündürlükdən taxta və beton səth üzərinə atılıb, eləcə də suda batırılıb. Testlərin nəticələrinə görə qurğu 10 ballıq şkala üzrə qiymətləndirilib.

Bildirilir ki, "Motorola" modeli 8,5 bal qazanıb. Bütün manipulyasiyalardan sonra smartfonun həm korpusu, həm də ekranı üzərində çatlar əmələ gəlməyib.