Deputat: "Cənub Qaz Dəhlizi" Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal və tarixi layihədir


Digərləri 31 May 2018 08:00:00 180 0

Deputat: "Cənub Qaz Dəhlizi" Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal və tarixi layihədir

"Cənub Qaz Dəhlizi" Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal və tarixi layihədir.

Bakı. Samir Əli - "Cənub Qaz Dəhlizi" Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal və tarixi layihədir. Bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib. Millət vəkili bildirib ki, bu, çox ciddi və müstəsna dərəcədə əhəmiyyətli bir hadisədir: "Təkcə bu layihənin 40 milyard dollarlıq sərmayəni əhatə etməsini nəzərə alsaq, onun nə qədər əhəmiyyətli olduğunu anlayarıq. Bu layihə Azərbaycanın gələcəyinin təminatıdır. "Cənub Qaz Dəhlizi" tam işə düşəndən sonra Azərbaycana onilliklər boyu xeyir gətirəcək. Bu layihə Avropanın enerji təhlükəsizliyi ilə yanaşı, Azərbaycanın da milli və iqtisadi təhlükəsizliyinə töhfə verəcək. Eyni zamanda, məhz Azərbaycanın xidməti sayəsində Xəzər regionunun qazı Avropa bazarlarına çıxış əldə edir". Deputatın sözlərinə görə, "Cənub Qaz Dəhlizi" həm də siyasi bir layihədir: "Bu layihə Azərbaycanla Gürcüstan və Türkiyənin əlaqələrini daha da möhkəmləndirir, Avropanın nəinki Azərbaycan, hətta Türkiyə ilə münasibətlərini istiləşdirir". T.Kərimli qeyd edib ki, "Cənub Qaz Dəhlizi" kimi layihələrlə artıq dünyada Azərbaycanın əhəmiyyətini dərk etməyə başlayıblar: "Azərbaycanın bu qədər imkanları olduğu halda istəyir ki, Dağlıq Qarabağ problemini də sülh yolu ilə həll etsin. Bu layihə ilə Ermənistan bir daha dalana dirəndi, küncə sıxışdırıldı". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin