Mikroelektronika bazarının həcmi 7,7 faiz artacaq


Digərləri 31 May 2018 07:41:00 289 0

Mikroelektronika bazarının həcmi 7,7 faiz artacaq

"IDC" analitik şirkəti 2018-ci ildə dünya mikroelektronika bazarının həcminin 450 milyard dollar təşkil edərək 2017-ci il  göstəricisini 7,7 faiz üstələyəcəyini proqnozlaşdırır. 2022-ci ilədək bazarın həcminin 482 milyard dollara çatacağı gözlənilir.

Son.az ICTnews-a istinadən bildirir ki, 2017-ci ildə bazarda 24 faiz artım qeydə alınsa da, bu, əsasən "DRAM" və "NAND" yaddaş mikrosxemləri seqmenti ilə əlaqədar olub. Bu seqment nəzərə alınmadan artım 12 faiz təşkil edib. Qiymətlərin bahalaşması yaddaş istehsalçılarının gəlirlərinin artmasına xidmət edib və "Samsung Electronics" ilk dəfə mikrosxemlərin satış həcminə görə "Intel" şirkətini geridə qoyub. Analitiklərin fikrincə, 2018-ci ildə "DRAM" və "NAND" seqmentində artım davam edəcək, lakin 2019-2021-ci illərdə azalma, 2022-ci ildə isə cüzi artım baş verəcək.

Bildirilir ki, artımın əsas sahələri avtomobil və sənaye seqmenti olaraq qalır. 2017-2022-ci illərdə onların illik artımı orta hesabla 9,6 və 6,8 faiz təşkil edəcək.