Fujitsu biznesi genişləndirir


Digərləri 31 May 2018 07:22:00 251 0

Fujitsu biznesi genişləndirir

Yaponiyanın "Fujitsu" şirkəti İsraildə fəaliyyət göstərən 2 ABŞ startapı ilə əməkdaşlıq sayəsində kibertəhlükəsizlik sahəsində biznesini genişləndirir. "Fujitsu" bu əməkdaşlıq sayəsində 2020-ci ilədək kibermüdafiə üçün nəzərdə tutulmuş məhsul və xidmətlərinin satış həcmini 2,71 milyard dollaradək artırmağı hədəfləyib.

Son.az ICTnews-a istinadən bildirir ki, "Fujitsu"nin əməkdaşlıq etdiyi şirkətlərdən biri olan "Cybereason" haker hücumu şəraitində kompüterlərin işini təhlil etmək üçün süni intellekt texnologiyalarından istifadə edir, həmçinin mümkün hücumları aşkar edərək qarşısını alır. "Cybereason" ilə əməkdaşlıq quran "Fujitsu" şirkəti kompüter müdaxilələrinin aşkar edilməsi üçün 24 saat işləyən yeni xidmətini təklif edir.