Kanadada sərnişin qatarı relsdən çıxıb - VİDEO


Dünya 31 May 2018 06:58:26 257 0

Kanadada sərnişin qatarı relsdən çıxıb - VİDEO

Bir neçə nəfər xəsarət alıb

Kanadanın Ontario əyalətində "Polar Bear Express" şirkətinə məxsus sərnişin qatarı relsdən çıxıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü CVV telekanalı məlumat yayıb.

Hadisə regionun ucqar kiçik Musoni şəhərində baş verib. Qəza zamanı qatarda 80 nəfər olub. Onlardan bir neçəsi cüzi xəsarət alıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub.