İran OPEC-dən ABŞ sanksiyalarına qarşı dəstək istəyib


İqtisadiyyat 31 May 2018 04:41:13 283 0

İran OPEC-dən ABŞ sanksiyalarına qarşı dəstək istəyib

Tehran həmçinin Avropa ölkələri qarşısına şərt qoyub

İranın neft naziri Bijan Zanqane ABŞ tərəfindən tətbiq olunan "qanunsuz, birtərəfli və eksterritorial" sanksiyalar şəraitində ölkəni dəstəkləmək xahişi ilə OPEC-ə müraciət edib.

“Report” "Reuters"ə istinadən xəbər verir ki, onun məktubu BƏƏ-nin Energetika və Sənaye Nazirliyinə və OPEC prezidenti Suheyl əl-Mazruiyə ünvanlanıb.

Bundan başqa, İran Avropa ölkələrinə qarşı nüvə razılaşmasının mövcud olması üçün bir sıra şərtlər irəli sürüb. Avropa Birliyi ölkələrinin bu şərtlərə riayət etməsi Tehranın sözügedən müqaviləyə bağlılığını qüvvədə saxlayacaq. Bu şərtlər arasında Avropa banklarının İranla ticarət əməkdaşlığını davam etdirməsi, Fransa, Almaniya və Böyük Britaniyadan İran neftinin xarici istehlakçılara satılması ilə bağlı zəmanətin təmin edilməsi var.