1 ovuc dərmanı əvəz edən ədviyyatlar


Digərləri 30 May 2018 23:57:00 316 0

1 ovuc dərmanı əvəz edən ədviyyatlar

Ədviyyatlar yeməklərimizə xüsusi dad verir, onları daha uzun müddət təzə saxlamağa kömək edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bundan əlavə ədviyyatların bir çox unikal faydalı və  müalicəvi xüsusiyyətləri var.  

- Ədviyyatlar antioksidantlarla zəngindir. Bu maddələr sərbəst radikalların orqanizmə olan mənfi təsirini azaldır və bununla da qocalmanı, xroniki xəstəliklərin (o cümlədən, şəkərli diabet, ürək xəstəlikləri, xərçəng) inkişafını ləngidir.

- Bütün ədviyyatlar anbakterial və virus əleyhinə xüsusiyyətlərə malikdir, immun sistemini möhkəmləndirir, orqanizmdə iltihabları azaldır.  

- Ədviyyatlar xolesterinin səviyyəsini 10-15% aşağı salır. Bu xüsusilə darçın və sarıkök kimi ədviyyatlara aiddir. Yüksək xolesterin damarlarımızın qənimidir - damarları daraldır, sərtləşdirir, damarların partlamasının riskini artırır.  

- Ədviyyatlar qanda şəkərin səviyyəsini tənzimləyir və bununla da şəkərli diabetin riskini azaldır.

- Ədviyyatlar arıqlamağa kömək edir. Bu təsir bir çox diyetoloqlar tərəfindən istifadə olunur. Ən tanınmış arıqladan içki darçın əlavə olunmuş qatıq sayılır.

- Bütün ədviyyatlar xərçəng əleyhinə təsirə malikdir. Bu səbəbdən yeməklərimizə ədviyyatları əlavə etməklə biz həm də xərçəngin riskini azaldırıq.