Yadplanetlilərlə danışıq dili kəşf olunur


Digərləri 30 May 2018 22:22:00 229 0

Yadplanetlilərlə danışıq dili kəşf olunur

Alimlər yadplanetlilərlə danışmaq üçün yeni danışıq dili kəfş etdiklərini iddia edirlər.

Son.az xəbər verir ki, yaxın bir neçə ildə alimlər dünyanı izləyən yadplanetlilərlə ilk universal dili yaradacaqlar. Astronomlar və dünyanın müxtəlif ölkələrindən olan linqvistləri yeni "qalaktikalararası" dilin hazırlanmasının yer sakinlərinin yerdən kənar sivilizasiyalar haqqında informasiya toplamaqlarına şərait yaradacağını deyir.

Alimlər hesab edir ki, universal ünsiyyət vasitəsinin olması hər hansı kosmik vasitələrin araşdırma müddətindən daha tez nəticə verə bilər. Hesab edilir ki, bu təşəbbüs gerçəkləşərsə yadplanetlilərin Yer kürəsinə gəlişi sakinləri qorxutmayacaq və ünsiyyətin köməyilə onlar uyğun dil tapa biləcək.