Qızmar havaların gətirdiyi bəla ilan sancmalar VİDEO


Digərləri 30 May 2018 22:12:00 285 0

Qızmar havaların gətirdiyi bəla  ilan sancmalar  VİDEO

Havalar istilənəndən sonra ilan sancma halları çoxalıb. Son.az bildirir ki, isti iqlimi ilə seçilən Goranboyda bir neçə gün öncə bir nəfər sürünən heyvanın hücumuna məruz qalıb. Rayon xəstəxanasına çatdırlan zərərçəkənə zəhər əleyhinə zərdab vurulub, səhhəti normallaşdıqdan sonra isə evə buraxılıb. Yay fəslində ilan vurma halları artdığından xəstəxanalara Səhiyyə nazirliyi tərəfindən Özbəkistanda istehsal edilən polivalent adlanan zərdablar verilib.

Goranboyda daha çox ilanıngürzə növünə rast gəlinir ki, onlar da yay aylarında təsərüffat sahələrində çalışan insanlara təhlükə yaradır.

Cəlilabad rayonu da ən çox ilan sancmların olduğu rayondur. Havaların isinməsi ilə rayonlarda ilan və əqrəb sancması halı artıb. Belə hadisə baş verdikdə xəstələrə zərdabların vurulması vacibdir. Bir neçə il əvvələ kimi zərdabların satışı istənilən aptekdə həyata keçirilirdi. Hazırda bu dərman preparatları Səhiyyə nazirliyinin xətti ilə yalnız Rayon mərkəzi xəstəxanalarındakı qapalı apteklərə verilir.

Zərdablar soyducularda xüsusi şəraitdə saxlanmalıdır. Yaz və yay mövsümündə müraciətlərin sayı çoxaldığı üçün xəstəxanalara verilən zərdabların sayı da çoxaldılıb. Ehtiyatdərmanlar azaldıqda müraciət əsasında xəstəxanya yenidən zərdablar verilə bilər.