Azərbaycanda küp qəbir tapıldı VİDEO
Digərləri 30 May 2018 21:59:00 276 0
Dünən Şəkidə su-kanalizasiya xətləri çəkənşirkətin işçiləri Vəhyəddin Səlimov 34 ünvanında qazıntı apararkən təxminən 1-2 metr dərinlikdə küp qəbir aşkarlayıblar.
Son.az bildirir ki, qazıntı zamanı küp qəbir qırılaraq içərisindəki sümüklər torpağa qarışsa da orada olan baş sümüyü və digər sümüklər eləcə də keramika qalıqları qəbrin ilk antiq dövrə aid olduğunu göstərir.
Mütəxəsislərin sözlərinə görə bu qəbrin 2000 ildən çox yaşı var və şəki şəhəri ərazisində ilk tapılan küp qəbirdir.
Mənbə: milli.az