Çimərliklərdə təhlükəsizlik məsələləri necə təmin edilir? VİDEO


Digərləri 30 May 2018 21:30:00 253 0

Çimərliklərdə təhlükəsizlik məsələləri necə təmin edilir?  VİDEO

Bir nəfər dənizdə boğulur və ətrafdakılardan kömək istəyir... Elə bu vaxt iki xilasedici hərəkətə keçir və həmin şəxsi dənizdən çıxarır... Son.az bildirir ki, görüntülər hər hansısa real hadisədən deyil, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin təlimlərindəndir.

Çimərlik mövsümünün başlamasına sayılı günlər qalıb. Lakin mövsümü vaxtından tez açanlar da olur. Məhz buna görə də, baş verəcək hər hansı bədbəxt hadisənin qarşısını almaq üçün xilasedicilər artıq bir neçə müddətdir ki təlimlərə başlayıblar.

Çimərliklərdə isə Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən təhlükəsizlik tədbirlərini yekunlaşdırıb. Xəbərdarlıqedici elan lövhələri quraşdırılıb, xilasedici qayıqlar hazır vəziyyətə gətirilib.