Fransada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib FOTO


Digərləri 30 May 2018 21:35:00 325 0

Fransada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib  FOTO

Fransada fəaliyyət göstərən Azərbaycan Dostları Assosiasiyası, il ərzində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunan silsilə tədbirlər həyata keçirir.

Assosiasiyadan Trend-ə verilən məlumata görə, assosiasiya Fransa-Qafqaz Dostluq Birliyinin prezidenti, Kot-d-Or regionunun Senatoru Alen Uper, Fransa Parlamentinin sabiq üzvü, Azərbaycan Dostları Assosiasiyasının prezidenti, Jan-Frasua Manselin təşəbbüsü, bu ölkədəki səfirliyimizin dəstəyi ilə Fransa Senatında "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" adlı debat-konfrans təşkil edib. Tədbir Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin təqdimatı ilə başlayıb. Səfir təqdimatında Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, fəaliyyət dövrü və yaradıcıları barədə konfrans iştirakçılarına geniş məlumat verib.

Sosial elmlər üzrə ali təhsil Məktəbinin professoru Jorj Mamulia Azərbaycan Milli Azadlıq hərəkatından bəhs edərək, Azərbaycanı istiqlaliyyətə aparan bu mübarizə yollarının çox çətin olduğunu bildirib. O, 1905-ci ildə ermənilərin bolşevik quvvələrin dəstəyi ilə azərbaycanlılara qarşı törətdikləri soyqırım törədilməsinə, davamlı bolşevik təzyiqinə baxmayaraq 1918-ci ildə Şərq dünyasında ilk dəfə olaraq bünövrəsi qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və yeni respublikanın tanınması üçün Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Avropaya etdiyi səfərdən danışıb.


Xəbərə aid fotolar