Avropada möhtəşəm layihə


Dünya 30 May 2018 21:10:00 268 0

Avropada möhtəşəm layihə

İsveç və Danimarka hökumətləri Kopenhagen və Malmö şəhərlərini birləşdirən sürətli metro xətti çəkilməsini planlaşdırırlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Kopenhagen meri Frenk Censen və Malmö meri Katrin Styernfeldt Cammex Malmödə keçirilən görüşdən sonrakı mətbuat konfransında bu iki şəhər arasında metropolitenin 2035-ci ilə qədər tikilə biləcəyini söyləyiblər.

Onların sözlərinə görə, sürətli nəqliyyat əlaqəsi yeni iş yerləri açılmasını təmin edəcək, sərnişinlərin yolda olma müddətini qısaldacaq və regionun investisiya potensialını yaxşılaşdıracaq.

Hazırda İsveç ilə Danimarka arasında avtomobil və dəmiryol əlaqəsi Eresunn körpüsü vasitəsilə həyata keçirilir. Yeni metro xətti bu körpüdən və Eresunn körfəzindən keçəcək.

Bu gün Eresunn körpüsündən avtomobil və dəmiryol xətlərinin ümumi buraxıcılıq qabiliyyəti 1,3 milyon nəfərdir. Metro istifadəyə veriləndən sonra isə bu rəqəm təqribən 2,3 milyona çatacaq.