Selfi ilə alışveriş etmək mümkün oldu


Digərləri 30 May 2018 20:45:00 269 0

Selfi ilə alışveriş etmək mümkün oldu

Rusiyada selfi ilə alış-veriş etməyin mümkün olduğu xidmət yaradılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, xidmət "VisionLabs" şirkətinin tərtibatçıları tərəfindən istifadəyə verilib.

"SelfieToPay" adlanan xidmətdən istifadə etmək üçün alıcı "AppStore" və ya "GooglePlay"dən "SWiP" əlavəsini yükləməli, bank kartını ona bağlamalı və öz sifətini skan etməlidir.