Xaliq Bahadır: “Milli Şura qısır qurum olmaqdan qurtula bilmir”


Siyasət 30 May 2018 20:32:00 323 0

Xaliq Bahadır: “Milli Şura qısır qurum olmaqdan qurtula bilmir”

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

2013-cü ilin prezident seçkiləri öncəsi xarici qüvvələrin layihəsi əsasında yaradılan və kinorejissor Rüstəm İbrahimbəyovun rəhbərliyi altında Azərbaycan cəmiyyətinə sırınan Milli Şura özünü doğrulda bilmədi. Xalqımız nəinki bu təşkilata, eləcə də ikili vətəndaşlığı olan, ermənipərəstliyi ilə tanınan və sözügedən qurumun sədri təyin olunan R.İbrahimbəyova etimad göstərmədi. Beləliklə də, özlərini "demokratik qüvvələr" adlandıranların Milli Şurası ölü doğulmuş uşağı xatırlatdı. Lakin radikal müxalifət, xüsusən də AXCP sədri Əli Kərimli və ətrafındakılar bu "ölünü" diriltmək üçün dönük professor, sabiq deputat Cəmil Həsənlini əvvəlcə quruma sədr, ardınca isə özlərinin prezidentliyə vahid namizədi elan etdilər. Amma bu çaba da bir fayda vermədi. Milli Şura Azərbaycan cəmiyyətində, ölkənin ictimai-siyasi həyatında oturuşa bilmədi, Ə.Kərimlinin iradəsinə tabe olan oyuncaq bir quruma çevrildi. Ona görə də zaman-zaman burada narazılıqlar baş qaldırdı, parçalanmalar, qopmalar, istefalar oldu.