Azərbaycanda 1 yaşadək uşaqların əsas ölüm səbəbləri açıqlandı


Digərləri 30 May 2018 20:26:00 265 0

Azərbaycanda 1 yaşadək uşaqların əsas ölüm səbəbləri açıqlandı

Azərbaycanda 1 yaşadək olan uşaqların əsas ölüm səbəbləri açıqlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2017-cı ildə Azərbaycanda 1 yaşadək 1700 uşaq dünyasını dəyişib ki, onların 993-ü oğlan, 707-si qızdır.

2016-cı ildə ölkədə 999-u oğlan, 667-si qız olmaqla 1666 uşaq, 2015-ci ildə isə 1220-si oğlan, 813-ü qız olmaqla ümumilkdə 2033 nəfər 1 yaşadək uşaq dünyasını dəyişib.

1 yaşadək uşaqların ölümünün ilk səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Ötən il bu hallardan 1028 nəfər (2016-cı ildə 1090) körpə dünyasını dəyişib.