Rusiya XİNdən Ermənistanın ATƏTin Minsk qrupu adından danışmasına


Dünya 30 May 2018 20:03:00 266 0

Rusiya XİNdən Ermənistanın ATƏTin Minsk qrupu adından danışmasına

ATƏT Minsk qrupunun həmsədrliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz yanaşması var və bu, Minsk qrupu, eləcə də rusiyalı həmsədrlər tərəfindən dəfələrlə səsləndirilib.

Son.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-in sorğusuna cavabında Rusiya XİN Ermənistan tərəfinin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlarda birbaşa iştirakının guya davamlı sülhü təmin etməyə imkan verəcəyi və bunun guya həmsədrlər tərəfindən də deyilməsi fikirlərini şərh edərkən bildirib.

Rusiya XİN bildirib: "Ermənistan Azərbaycan kimi ATƏT Minsk qrupunun üzvüdür. Onun rəsmi şəxslərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikirləri danışıqlar prosesinin tərəflərindən birinin mövqeyidir. ATƏT Minsk qrupunun həmsədrliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz yanaşması var və bu, Minsk qrupu, eləcə də rusiyalı həmsədrlər tərəfindən dəfələrlə səsləndirilib".