Tacikistanda “Dayanıqlı inkişaf üçün su” beynəlxalq konfransı keçiriləcək


Dünya 30 May 2018 19:26:00 260 0

Tacikistanda “Dayanıqlı inkişaf üçün su” beynəlxalq konfransı keçiriləcək

Tacikistan hökumətinin təşəbbüsü, BMT-nin əməkdaşlığı və digər tərəfdaşlarla birgə iyunun 20-22-də Düşənbədə "Dayanıqlı inkişaf üçün su" 2018-2028 Beynəlxalq fəaliyyət onilliyi üzrə yüksək səviyyəli beynəlxalq konfrans keçiriləcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Tacikistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Tədbirdə 100 ölkədən 1000-dən çox qonaq, o cümlədən dövlət və hökumət başçıları, nazirliklərin rəhbərləri və yüksək vəzifəli nümayəndələr iştirak edəcək. Konfransın işində həmçinin beynəlxalq və regional təşkilatların, beynəlxalq maliyyə qurumlarının rəhbərləri və nümayəndələri, vətəndaş cəmiyyətləri və elmi-tədqiqat institutları iştirak edəcək.

Konfransın əsas hədəfləri 6-cı Dayanıqlı İnkişaf Məqsədinin və su ilə bağlı digər Dayanıqlı İnkişaf Məqsədlərinin vaxtlı-vaxtında və səmərəli icrası ilə bağlı məlumatlılığın artırılması, eləcə də 2018-2028 Beynəlxalq fəaliyyət onilliyi üzrə gələcək addımların qlobal, regional və ölkə səviyyəsində müzakirəsidir.

Bundan başqa, konfrans monitorinq, maliyyələşdirmə, potensialın inkişafı, innovasiya və texnologiyalarla, eləcə də informasiya-təbliğat fəaliyyəti, şəbəkələrin yaradılması və fəaliyyət üçün tərəfdaşlıq münasibətlərinin təbliğ olunması ilə bağlı məsələləri müzakirə etməyə imkan verəcək.

Konfrans "Dayanıqlı inkişaf üçün su" 2018-2028 Beynəlxalq fəaliyyət onilliyinin dərk olunmasının dərinləşməsinə, su ehtiyatlarının birgə idarə olunmasının təşviqinə, eləcə də Dayanıqlı İnkişaf Məqsədinin icrası üzrə fəaliyyətin aktivləşməsinə xidmət edəcək.

Konfrans, əsasən, aşağıdakı hədəflərə yönəlib:

- su ehtiyatları sahəsində beynəlxalq səviyyədə razılaşdırılmış hədəflərə nail olmaq məqsədilə hökumətlərin, BMT müəssisələrinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, eləcə də digər maraqlı tərəflərin beynəlxalq onillik fəaliyyət planının icrası üzrə səylərinin səfərbər olunması;