Rusiya XİN-dən Ermənistanın ATƏT-in Minsk qrupu adından danışmasına TUTARLI CAVAB (ÖZƏL)


Digərləri 30 May 2018 19:23:00 329 0

Rusiya XİN-dən Ermənistanın ATƏT-in Minsk qrupu adından danışmasına TUTARLI CAVAB (ÖZƏL)

ATƏT Minsk qrupunun həmsədrliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz yanaşması var və bu dəfələrlə səsləndirilib, eləcə də rusiyalı həmsədrlər tərəfindən.

Bakı. Ləman Zeynalova - ATƏT Minsk qrupunun həmsədrliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz yanaşması var və bu dəfələrlə səsləndirilib, eləcə də rusiyalı həmsədrlər tərəfindən. Bu barədə özəl olaraq Trend-in sorgusuna cavabında Rusiya XİN Ermənistan tərəfinin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlarda birbaşa iştirakının guya davamlı sülhü təmin etməyə imkan verəcəyi və bunun guya həmsədrlər təfindən də deyilməsi fikirlərini şərh edərkən bildirib. Rusiya XİN bildirib: "Ermənistan Azərbaycan kimi ATƏT Minsk qrupunun üzvüdür. Onun rəsmi şəxslərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikirləri danışıqlar prosesinin tərəflərindən birinin mövqeyidir. ATƏT Minsk qrupunun həmsədrliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz yanaşması var və bu dəfələrlə səsləndirilib, eləcə də rusiyalı həmsədrlər tərəfindən. Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan tərəfinin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlarda birbaşa iştirakının guya davamlı sülhü təmin etməyə imkan verəcəyi ilə bağlı açıqlamasını şərh edərkən bildirmişdi ki, Ermənistanın bu kimi qeyri-ciddi və əsassız açıqlamaları ilə beynəlxalq ictimaiyyət Ermənistanın münaqişənin həlli prosesində destruktiv siyasətinin, populizm və siyasi avantüra ilə məşğul olduğunun növbəti dəfə şahidi olur: "Ermənistan BMT Nizamnaməsinin 2(4) maddəsini kobud şəkildə pozaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edib və Azərbaycanın ərazilərini işğal edib. ATƏT-in mart 1992-ci ildə Helsinki Nazirlər Şurasının qərarı ilə Minsk qrupu yaradılıb, münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan, münaqişədə maraqlı tərəflər kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları tanınıb. Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni işğalı və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətini davamlı şəkildə inkar etməsinə əsaslı formada formada son qoydu. “Çiraqovlar və digərləri Ermənistana qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi təsbit edib: “Ermənistan özünün hərbi mövcudluğu və hərbi ləvazimat və təcrübə təmin etməklə əsaslı şəkildə ən erkən günlərdən etibarən Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub”, “onun hərbi dəstəyi sözügedən ərazilərin ələ keçirilməsi və onlar üzərində nəzarətin davam etdirilməsində həlledici amil olub və olmaqda davam edir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin