Astarada içməli su təchizatı sistemlərinin yenidən qurulması işlərinin böyük hissəsi icra edilib (FOTO)


Digərləri 30 May 2018 19:00:00 296 0

Astarada içməli su təchizatı sistemlərinin yenidən qurulması işlərinin böyük hissəsi icra edilib (FOTO)

Layihə Astara şəhərində 28,5 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Bakı. Astara şəhərində içməli su təchizatı sistemlərinin yenidən qurulması işlərinin böyük hissəsi icra edilib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində həyata keçirilir. “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Astara şəhərində 28,5 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə üzrə işlərə 2014-cü ilin dekabrında başlanılıb. Astara şəhəri və ətraf kəndlərin sakinlərinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi Xanbulan su anbarının sahilində tikilmiş, məhsuldarlığı sutkada 30 min kubmetr olan sutəmizləyici qurğu hesabına həyata keçiriləcək. Su mənbəyindən Astara şəhərinədək 28,7 km magistral su kəmərinin tikintisi nəzərdə tutulub. Artıq magistral kəmərin 22,4 km-lik hissəsi inşa edilib. Layihə çərçivəsində hər birinin tutumu 5 min kubmetr olan 2 ədəd su anbarının tikintisi başa çatdırılıb.