Nizami Kino Mərkəzində bayram konserti keçirilib


Digərləri 30 May 2018 18:52:00 272 0

Nizami Kino Mərkəzində bayram konserti keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Üzrə Mərkəzin və Sabuncu rayonu Asudə  Vaxt Mərkəzinin birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş bayram konserti keçirilib.  

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konsertdə Ramana Gənc Əlillərin Əmək və İstirahət evinin nümayəndələri və sakinləri, Bakı şəhər mədəniyyət müəssisələrinin direktorları və digər qonaqlar iştirak ediblər.

Konsertin aparıcıları Nurlan Həsənzadə və Xanım Əliyeva  Azərbaycan Xalq Cümhuriyyətin Yaranmasının tarixi haqqında qonaqlara geniş məlumat veriblər.