Juventus-un müdafiəçisi Arsenal-la anlaşıb


İdman 30 May 2018 18:52:00 283 0

Juventus-un müdafiəçisi Arsenal-la anlaşıb

Juventus-un müdafiəçisi Ştefan Lixtştayner karyerasını Arsenal-da davam etdirəcək. Goal.az xəbər verir ki, isveçrəli futbolçu "topçular"la 2021-ci il 30 iyuna kimi nəzərdə tutulan müqaviləni razılaşdırıb. London klubunun baş məşqçisi Unay Emeri təcrübəli müdafiəçi sayəsində heyətin dərinliyini artırmaq məqsədi güdür. Lixtştayner 2011-ci ildən Juventus-da çıxış edir. Onun müqaviləsi rəsmən iyunun 30-u başa çatacaq.