"Qəbələ"nin yeni baş məşqçisi: "Klubumuz yenə iddialı olacaq"


Digərləri 30 May 2018 18:38:00 272 0

"Qəbələ"nin yeni baş məşqçisi: "Klubumuz yenə iddialı olacaq"

Son.az report-a istinadən "Qəbələ" futbol komandasının yeni baş məşqçisi Sənan Qurbanovun müsahibəsini təqdim edir:

- "Qəbələ"yə təyinatınız necə baş verdi?

- Bu, rəhbərliyin qərarıdır. Neçə ildir klubda, kollektivin içində olan insanlardan biriyəm. Neçə ildir "Qəbələ"də təcrübəli baş məşqçilərlə işləyirəm. Bunları nəzərə alaraq, komandada baş məşqçi vəzifəsində çalışmağımı istədilər. Mən də təklifi sevə-sevə qəbul etdim. Çalışacağam ki, rəhbərliyin etimadını doğruldum.

- Klubun baş məşqçi seçimində başqa alternativləri var idi?

- Əlbəttə, amma çox deyildi. Siyahıdakılar yerli baş məşqçilər idi. Etimad göstərdilər, mən də qəbul etdim. Komandanın içindəyəm, buranı məndən yaxşı bilən olmazdı. Oyunçular və bu kollektiv mənim üçün çox doğmadır.

- Təyinatınızdan sonra klubun strategiyasında dəyişikliklərin baş verəcəyini gözləmək olar? 

- Rəhbərliklə görüşüm oldu. Hər şey ani baş verdiyindən, kimin gedib, kimin qalacağı ilə bağlı məlumat verə bilməyəcəyəm. Amma klub yenə iddialı olacaq. O barədə sıxıntı yoxdur. Görüşümüzdən də başa düşdüm ki, problem yaşamayacağıq. "Qəbələ" iddialı klub olub, elə də olacaq.

- Dediyiniz kimi, çoxdandır bu komandada çalışırsınız. Sizcə, "Qəbələ"də titul qazanmaq üçün nə çatmır?