Azərbaycan Kredit Bürosu 1 saylı ASAN xidmət mərkəzində fəaliyyətə başlayıb


Digərləri 30 May 2018 18:32:00 292 0

Azərbaycan Kredit Bürosu 1 saylı ASAN xidmət mərkəzində fəaliyyətə başlayıb

Azərbaycan Kredit Bürosu (Büro) 1 saylı Bakı “ASAN xidmət” mərkəzində kredit hesabatlarının verilməsi xidmətinə başlayıb.

Bakı. Azərbaycan Kredit Bürosu (Büro) 1 saylı Bakı “ASAN xidmət” mərkəzində kredit hesabatlarının verilməsi xidmətinə başlayıb. Bürodan Trend-ə verilən məlumata görə, fiziki şəxslər şəxsiyyəti təsdiq edən sənədlə, hüquqi şəxslər isə VÖEN və müraciət edən şəxsin səlahiyyətini təsdiq edən sənədlə Büronun xidmət pəncərələrindən kredit hesabatlarını əldə edə bilərlər. Kredit hesabatları yalnız şəxsin özlərinə və ya qanuni nümayəndəsinə verilir. Xidmət mərkəzi həftənin iş günləri, saat 10:00-19:00 arası fəaliyyət göstərir.