Kəndlilər hər gün "ölüm yolu"ndan keçirlər VİDEO FOTO


Digərləri 30 May 2018 18:18:00 256 0

Kəndlilər hər gün "ölüm yolu"ndan keçirlər  VİDEO  FOTO

Çinin cənub-qərbindəki Lazimi dağ kəndini "sivilizasiya"dan Nu çayı ayırır.

2185 km uzunluğundakı Nu çayının kəndin qarşısından keçən hissəsi çox sürətli və gurdur. Kənd sakinləri də qarşı sahilə keçmək üçün təhlükəli, olduqca riskli kanat yolundan istifadə edirlər.

Son.az Daily Mail-ə  istinadən bildirir ki, Yunnan vilayətində yağışlı dövrdə isə çayı keçmək əsl "macəra"ya çevrilir.

Nunszyan-Lisu prefekturasında yerləşən Lazimi kənd sakinlərinin dediklərinə görə, onlar üçün ən vacib nəsnə Nu üzərində körpüdür.