Superliqa klubu Sabri Sarıoğlu ilə yollarını ayırdı


İdman 30 May 2018 18:13:00 279 0

Superliqa klubu Sabri Sarıoğlu ilə yollarını ayırdı

Türkiyə Superliqasında ötən mövsüm 6-cı yeri tutan Göztepe yeni baş məşqçi Bayram Bektaşın gəlməsi ilə heyətdə təmizlik işlərinə başlayıb. Goal.az xəbər verir ki, İzmir klubu ötən yay Galatasaray-dan transfer etdiyi Sabri Sarıoğlu ilə yollarını ayırıb. Geridə qalan mövsümdə Göztepe-də 29 oyun keçirən Sabrinin 1 illik müqaviləsi avtomatik olaraq 1 il də uzansa da, tərəflər əməkdaşlığı davam etdirməmək qərarına gəlib. Klub 37 yaşlı Selçuk Şahin və qapıçı Günay Güvençlə də müqavilə yeniləməyəcək.