Azərbaycan vətəndaşları Serbiyaya vizasız səfər edə biləcəklər


Siyasət 30 May 2018 17:59:00 271 0

Azərbaycan vətəndaşları Serbiyaya vizasız səfər edə biləcəklər

Azərbaycan vətəndaşları artıq Serbiyaya vizasız səfər edə biləcəklər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu Serbiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Belə ki, Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etmək barədə qərar qəbul edib.

Məlumata görə, Azərbaycan vətəndaşları artıq bu fürsətdən gələn aydan yararlana biləcəklər. Belə ki, Azərbaycan vətəndaşları iyunun 2-dən Serbiyaya vizasız səfər edə biləcəklər.