SOS Uşaq Kəndində tibbi maarifləndirmə tədbiri (FOTO)


Digərləri 30 May 2018 18:02:00 277 0

SOS Uşaq Kəndində tibbi maarifləndirmə tədbiri (FOTO)

SOS Uşaq Kəndində “Təxirəsalınmaz ilkin tibbi yardım haqqında əsas bilgilər” mövzusunda tədbir keçirilib.

Bakı. Prezident yanında Bilik Fondunun "Tibbi maarifləndirmə" proqramı çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təcili və təxirəsalınmaz yardım üzrə eksperti Malik Abbasovun iştirakı ilə SOS Uşaq Kəndində “Təxirəsalınmaz ilkin tibbi yardım haqqında əsas bilgilər” mövzusunda tədbir keçirilib. Bilik Fondundan Trend-ə verilən məlumata görə, tədbirdə həkim-mütəxəssis xüsusi manikendən istifadə etməklə, tənəffüs dayandığı halda süni nəfəs verilmə və ürəyin qapalı masajının düzgün icra qaydalarını iştirakçıların nəzərinə çatdırıb.