Bakıda dələduzluqda təqsirləndirilən polkovnikə


Digərləri 30 May 2018 17:50:00 254 0

Bakıda dələduzluqda təqsirləndirilən polkovnikə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən polis polkovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Məmmədxanov 2 il sınaq müddətinə şərti azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.