“Azerbaijan Democratic Republic” adlı kitabın təqdimat mərasimi keçirilib (FOTO)


Digərləri 30 May 2018 17:42:00 315 0

“Azerbaijan Democratic Republic” adlı kitabın təqdimat mərasimi keçirilib (FOTO)

Bu gün Bakıda Böyük britaniyalı yazıçı Qrem Vilsonun müəllifliyi ilə ingilis dilində nəşr edilən “Azerbaijan Democratic Republic” adlı kitabın təqdimat mərasimi keçirilib.

Bakı. Elçin Mehdiyev – Bu gün Bakıda Böyük britaniyalı yazıçı Qrem Vilsonun müəllifliyi ilə ingilis dilində nəşr edilən “Azerbaijan Democratic Republic” adlı kitabın təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, təqdimat mərasimində millət vəkilləri, KİV rəhbərləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan kitabın ideya müəlliflərindən biri Rəhman Hacıyev bu kitabın ərsəyə gəlməsi və məqsədi haqqında məlumat verib. R.Hacıyev bildirib ki, Q.Vilson ölkəmiz haqqında geniş məlumata sahib olduqdan sonra belə bir kitabın yazılması ideyası ortaya çıxıb və kitabın ərsəyə gəlməsi üçün Azərbaycanda müvafiq qurumlar, o cümlədən AMEA Tarix İnstitutu lazım olan dəstəyi göstərib. Daha sonra çıxış edən müəllif Q.Vilson deyib ki, Azərbaycana ilk gəldikdə ölkəmiz barədə geniş məlumatı olmayıb: “Mən 10 il bundan əvvəl ilk dəfə Azərbaycana gələndə bu ölkə haqqında o qədər də məlumatım yox idi. Lakin sonradan mən Azərbaycanda özümə dostlar tapdım, Azərbaycan haqqında geniş biliyə malik oldum və Azərbaycan tarixi haqqında belə bir kitab yazmağı qərara aldım”.