“Azərbaycan kinosu: Dünən, bu gün, sabah” adlı məqalə müsabiqəsininin vaxtı uzadıldı


Digərləri 30 May 2018 17:35:00 324 0

“Azərbaycan kinosu: Dünən, bu gün, sabah” adlı məqalə müsabiqəsininin vaxtı uzadıldı

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosunun 120 illik yubileyi münasibətilə elan etdiyi "Azərbaycan kinosu: dünən, bu gün, sabah" adlı məqalə və resenziyalar müsabiqəsininin vaxtını uzadıb.

İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Son.az-a bildirib ki, müsabiqəyə marağın çox olduğu nəzərə alınaraq vaxt bir ay uzadılıb.

Müsabiqədə iştirak etmək istəyənlər məqalə və resenziyalarını iyun ayının sonunadək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına təqdim edə bilərlər.

Müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir gətirmək məqsədilə keçirilir. Müsabiqə, həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulub.