AST Telman 6 aydır işçilərinin maaşını vermir


Digərləri 30 May 2018 17:37:00 345 0

AST Telman 6 aydır işçilərinin maaşını vermir

Azərbaycanlı biznesmen Telman İsmayılovun 2009-cu ildə Antalyanın Kundu bölgəsində tikdirdiyi "Mardan Palace Hotel"i qarşısında bu gün etiraz aksiyası keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1,4 milyard dollarlıq lüks otelin sahibi T.İsmayılov iflasa uğradıqdan sonra işdən çıxarılan işçilər 6 aydır maaşlarını və təzminatlarını ala bilmədiklərini bildirirlər. 

Təxminən minə yaxın işçinin alacağı ümumi məbləğ isə 16 milyon TL-dir. 

Qeyd edək ki, borc səbəbindən müsadirə olunan və "Xalq Bankı"na satılan otelin minə yaxın personalı ötən ilin dekabrın 19-da işdən uzaqlaşdırılıb.