Bakının mərkəzində 2 göyrüş ağacı kəsdilər


Digərləri 30 May 2018 17:26:00 329 0

Bakının mərkəzində 2 göyrüş ağacı kəsdilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu, İstiqlaliyyət küçəsi 71B ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

ETSN-dən Son.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı köküstə yaş 40 sm diametrliyində 2 ədəd göyrüş ağacının kəsildiyi və təbiətə 2400 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib olunub və qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Bakı şəhər Baş Polis İdarəsinə məktub göndərilib.