Qəbələ-nin yeni baş məşqçisi müəyyənləşdi


İdman 30 May 2018 17:30:00 259 0

Qəbələ-nin yeni baş məşqçisi müəyyənləşdi

Qəbələ-nin yeni baş məşqçisi müəyyənləşib. Ukraynalı Roman Qriqorçukun istefasından sonra boş qalan posta Sənan Qurbanov təyin edilib. 38 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Futbolçu kimi Qarabağ (1998-2000), Dinamo (2000-03), Şəfa (2003), Saypa İran (2004), MKT-Araz (2004-05), Şahdağ (2005-06), Qəbələ (2006-07), AZAL (2007), ABN (2007-08), MOİK (2008), Muğan (2009) klublarında çıxış edən hücumçu Azərbaycanın həm gənclər, həm də əsas milli komandalarında forma geyinib. O, əsas yığmada 1 oyun keçirib. Qurbanov 2004-cü il martın 31-də Moldova ilə səfər matçında (1:2) meydana çıxıb.

Qurbanov futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyətə başlayıb. O, 2012-ci ilin yayından baş məşqçi kimi təyinatınadək Qəbələ-nin əsas komandasında yardımçı məşqçi kimi fəaliyyət göstərib. 2014-cü ilin dekabrında Dorinel Muntyanu ilə yollar ayrıldıqdan sonra Qurbanov “qırmızı-qaralar”ı baş məşqçi kimi Premyer Liqada 3 matça çıxarıb. Bu oyunlarda Qəbələ 1 qələbə qazanıb, 2 heç-heçə edib.